21:42
11°C
Bakı
Ucarda fərdi yaşayış evində yanğın olub.
Moderator.az-ın xəbərinə görə, hadisə axşam saatlarında rayonun Həsən bəy Zərdabi küçəsində baş verib.
Belə ki, rayon sakini, 1964-cü il təvəllüdlü Kamil Əhməd oğlu Əhmədova məxsus ümumi sahəsi 80 m² olan, 2 otaq, zal və mətbəxdən ibarət yaşayış evində güclü yanğın baş verib.
Yanğın zamanı evin bir hissəsi yanıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və alovun əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.
Hadisə zamanı evdə kirayə qalan Şahnaz Əliyevanın halı pisləşdiyi üçün xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.