Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttihama görə, Anar Əsədli dörd epizod üzrə dələduzluqda ittiham edilir. edib.
Təqsirləndirilən Anar Əsədli yüksək gəlir gətirmək adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda ümumilikdə 255 min manat alıb. Anar Əsədli sözügedən puldan bir qismini geri qaytarıb.
Anar Əsədli iş üzrə zərərçəkən qismində tanınan Etibar Nəsirovdan isə ümumilikdə 8 500 manat alıb. Alınan məbləğdən 3400 manat geri ödəniş edilib.
Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin isə 4250 manatını geri qaytarıb.
Tamara Allahverdiyevadan ümumilikdə 78 500 manat pul alınıb. Dəyən ziyandan 17 min manatı geri ödəniş edib.
Təqsirləndirlən Anar Əsədli cinayət işi üzrə özünü təqsirli bilməyib.
Proses 19 dekabrda Anar Əsədlinin ifadəsi ilə davam edəcək.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Zərərçəkmiş şəxslər Etibar Nəsirov, Hüseyn İlham, Tamara Allahverdiyeva və politoloq Oqtay Qasımovdur.