Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda binanın zirzəmisindən meyit tapılıb.
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, A.Məhərrəmov küçəsində qeydə alınıb.
Yardımlı rayon sakini 40 yaşlı Amid Kürd oğlu Əsədovun meyiti bu küçədəki binalardan birinin zirzəmisində aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun nədən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.