Bizi sosial şəbəkələrdən izləyin:
Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 nömrəli tam orta məktəbin qarşısında birinci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.
Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.
Şagirdin qanazlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırmalar aparılır.