Minik maşını sərnişin avtobusu ilə toqquşdu - Ölən və xəsarət alanlar var - FOTO-VİDEO - YENİLƏNİB
Hadisə
620
17:40, Bu gün

Minik maşını sərnişin avtobusu ilə toqquşdu - Ölən və xəsarət alanlar var - FOTO-VİDEO - YENİLƏNİB

Gəncədə qəzada ölən və yaralanan şəxslərin adları bilinib.

Moderator.az xəbər verir ki, hadisə Gəncə şəhərinin Gülüsta qəsəbəsində qeydə alınıb. Minik maşını "BAKU BAS"a məxsus sərnişin avtobusuna çırpılıb.

Nəticədə minik maşınında olan 2006-cı il təvəlıüdlü Qurban Cəbrayılov hadisə yerində ölüb. Daha iki nəfər Göygöl rayon sakinləri 2005-ci il təvəllüdlü Əli Abdullayev və 2004-cü il təvəllüdlü Rahim Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

16:50

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını "BAKU BAS"a məxsus sərnişin avtobusuna çırpılıb.

Nəticədə, minik maşınında olan bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

 

Link kopyalandı!
Son xəbərlər