Bizi sosial şəbəkələrdən izləyin:
Daşkəsəndə yanğın qeydə alınıb.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində baş verib. Qəsəbə sakininə məxsus fərdi yaşayış evində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
Yanğın söndürülüb. Sahəsi 50 kv/m olan ev əşyaları ilə birlikdə tamamilə yanıb. Nəticədə ev sahibi 1977-ci il təvəllüdlü V.Məmmədov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.