21:27
13°C
Bakı
Gəncədə 13 yaşlı yeniyetmə bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Moderator.az xəbər verir ki, 2012-ci il təvəllüdlü Kənan Qurbanov aldığı xəsarətə görə əməliyyata götürülüb. Onun vəziyyətinin stabil olduğu bildirilir.
K. Qurbanovun kim tərəfindən və hansı şəraitdə xəsarət aldığı hələlik məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.