Yarmarkada yanğın necə başlayıb?
Hadisə
141
25 Nov 2025 | 23:40

Yarmarkada yanğın necə başlayıb?

25 noyabr 2025-ci il tarixində "Soyuq Əllər, isti Ürək" xeyriyyə yarmarkasında baş vermiş yanğın hadisəsi ilə bağlı bildiririk ki, ilkin araşdırmaların nəticələrinə əsasən insident qurumuş yağ qalıqları qısaqapanma yaratması ilə bașlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Fəvvarələr meydanında yaradılan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı yanğınla bağlı "Nərgiz" fondunun açıqlamasında deyilir.

"Qısaqapanma nəticəsində lokal alovlanma müşahidə olunub. Hadisə yerində olan işçi vəziyyəti aradan qaldırmaq məqsədilə həmin sahəyə su tökdükdə suyun isti yağla reaksiyası nəticəsində alovlanma güclənərək açıq yanğına səbəb olmuşdur.

Təhlükəsizlik və texniki nəzarət qruplarının operativ müdaxiləsi nəticəsində yanğın 15 dəqiqə ərzində tam söndürülmüşdür. Yanğın digər pavilyonlara keçməmiş, yarmarkanın digər hissələri üçün təhlükə yaranmamışdır. Xəsarət alan yoxdur.

Hadisə zamanı yarmarkada 24/7 fəaliyyət göstərən təhlükəsizlik heyəti tərəfindən yanğınsöndürmə balonlarından istifadə olunub, paralel șəkildə Dövlət Yanğın Mühafizəsi Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ziyarətçilərin ərazidən təxliyəsi 5 dəqiqə ərzində təhlükəsiz və nəzarətli şəkildə həyata keçirilib.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir. Araşdırma tamamlandıqdan sonra ictimaiyyətə əlavə məlumat, o cümlədən yarmarkanın iç saatları barədə ətraflı açıqlama veriləcəkdir.

Qeyd edirik ki, yarmarka ərazisində bütün obyektlər mövcud texniki normalara uyğun şəkildə quraşdılıb və təhlükəsizlik üzrə texniki komanda fasiləsiz (24/7) rejimdə fəaliyyət göstərir", - məlumatda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər