Oğuzda avtomobil aşıb: ölən və yaralananlar var
Hadisə
245
25 Nov 2025 | 21:50

Oğuzda avtomobil aşıb: ölən və yaralananlar var

Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, qəza axşam saatlarında rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.

Rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimovun idarə etdiyi “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü Sakit Əzimov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Avtomobildə olan daha iki sərnişin - 1989-cu il təvəllüdlü Dəymədağlı kənd sakini Səxavət Hüseynov və 1991-ci il təvəllüdlü Sincan kənd sakini Röyal Qarayev xəsarət alıb. Röyal Qarayevin xəsarətləri yüngül olduğundan ona hadisə yerində ilkin tibbi yardım göstərilib, Səxavət Hüseynov isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər