Şəmkirdə qardaş bacısını bıçaqlayıb
Hadisə
259
25 Nov 2025 | 21:40

Şəmkirdə qardaş bacısını bıçaqlayıb

Şəmkir rayonunun Çinarlı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, qəsəbə sakini, 1990-cı il təvəllüdlü M. Nəbiyeva bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub və vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, 35 yaşlı qadını onun qardaşı 20 yaşlı N. Musayev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Hadisəyə səbəbin qadının ofisiant olaraq işləməsi olduğu deyilir. Qadın elə çalışdığı kafenin qarşısında bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər