Bizi sosial şəbəkələrdən izləyin:
Bakı-Qazax yolunda ölümlə nəticələnən yol qəzası olub.
Hadisə Yevlaxın Aran qəsəbəsində qeydə alınıb.
28 yaşlı Turxan Natiq oğlu Kərimovun idarə etdiyi “DAF” markalı yük avtomobili ilə Mingəçevir sakini 68 yaşlı Ədalət İsbəndiyar oğlu Ələsgərovun idarə etdiyi “VAZ-21099” markalı avtomobil toqquşub.
Nəticədə Ədalət Ələsgərovun sərnişini olan arvadı 64 yaşlı Şəhla Ələsgərova xəsarət alaraq, xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır. /Lent.az/