Bizi sosial şəbəkələrdən izləyin:
Lənkəranda idarəetməni itirən sürücü qəza törədib.
Moderator.az xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran şəhərinin Heydər Əliyev prospektində baş verib. Lənkəran şəhər sakini, 29 yaşlı Zahid Abbaszadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi əvvəlcə qaz borusuna, daha sonra isə binalara gedən yolda, yol kənarında hərəkətsiz dayanan Bakı şəhər sakini Fikrət Əhədova məxsus “Mercedes-Benz” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Mercedes” markalı avtomobilə ciddi ziyan dəyib.
Qəza nəticəsində sürücü və onun sərnişin qismində olan qardaşı 29 yaşlı Rahib Abbaszadə xəsarət alıblar. Hər iki yaralı Təcili Tibbi Yardım avtomobili vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxananın müvafiq şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.