Tovuzda şadlıq evində düşən dava sonrası bıçaqlanma hadisəsinin ilkin təfərrüatları bilinib.
Moderator.az xəbər verir ki, hadisə qonaqlara xidmət edən ofisiantlar arasında baş verib.
Dava zamanı1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatırlıb. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyinin və yerinin müəyyən olunması istiqamətində tədbirlər keçirilir.
Faktla bağlı araşdırmalar davam edir.
18:56
Tovuz rayonunda şadlıq evlərinin birində keçirilən toy məclisində kütləvi dava olub.
Moderator.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evlərinin birində qeydə alınıb.
Dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyinin və yerinin müəyyən olunması istiqamətində tədbirlər keçirir.
Faktla bağlı araşdırmalar davam edir.
18:47
Tovuz rayonunda keçirilən toy məclisində kütləvi dava olub.
Moderator.az xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evlərinin birində qeydə alınıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.