Maşınla iki qadını vuran şəxsə HÖKM OXUNDU
Hadisə
135
18:20, Bu gün

Maşınla iki qadını vuran şəxsə HÖKM OXUNDU

Bakıda ağır yol-nəqliyyat hadisəsi törətmiş şəxsin məhkəməsi başa çatıb.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Lənkəran rayon sakini, 44 yaşlı Sahib Süleymanova (ad şərtidir) hökm oxunub.

Bildirilib ki, hadisə ötən il dekabrın 21-i saat 6 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.

S.Süleymanov dostuna məxsus "KIA Rio" markalı avtomobillə həyat yoldaşını işə apararkən iki qadını vurub. 31 yaşlı Pikə Ağarzayeva və onun yaşıdı Gülcahan Quliyeva aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Məhkəmədə mərhumların ailə üzvləri sürücüyə ən ağır cəzanın verilməsini tələb ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Süleymanova altı il altı ay müddətinə həbs cəzası verilib. Onun sürücülük hüququ da əlavə beş il ərzində məhdudlaşdırılıb.

Link kopyalandı!
Son xəbərlər