Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır
Hadisə
149
17:35, Bu gün

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri və tanışının məhkəməsi başlayır

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən sayt rəhbəri Coşqun Abdullayev və tanışı Natiq İmamalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xaliq Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 4 dekabra təyin edilib.

Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxslər Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedeci məlumatlar yayacağı hədəsi ilə onda pul tələb edib. Təqsirləndirilən şəxslərdən biri “saat24.az” saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayevdir.

Onlara qarşı Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Link kopyalandı!
Son xəbərlər