Uğursuz rinoplastika əməliyyatı səbəbindən Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib.
Moderator.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, noyabrın 7-də, 12-də və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:
"Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülmüş və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib".
Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.