Bizi sosial şəbəkələrdən izləyin:
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 142-ci km-də Cəlilabad rayonu ərazisində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əraziyə gələn təcili yardım avtomobili ilə yaralı Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.