“AFEN Plaza”nın sahibi partlayışın səbəbini açıqladı - 
Hadisə
140
12:03, Bu gün

“AFEN Plaza”nın sahibi partlayışın səbəbini açıqladı - "Binaya yeraltı qaz sızıb"

“AFEN Plaza”da partlayış ərazidəki qaz sızması nəticəsində baş verib.
 
Moderator.az xəbər verir ki, bunu binanın sahibi Əbülfət Əliyev jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, təmir gedən ərazidə, torpağın altında qaz sızması baş verib, binada qaz sızması olmayıb.
 
“Hazırda burada olmaq belə təhlükəlidir. Bizim binada qaz olmayıb. Binanın arxasında çardaqdadır. Havalar xoş keçdiyindən qaz qoşulmayıb. Zirzəmiyə qaz toplanıb. Səhər gəlib işığı yandıran kimi partlayış baş verib. Binaya dəyən zərər isə göz önündədir, dövlət orqanları müəyyənləşdirəcəklər”, - o əlavə edib.
 
Link kopyalandı!
Son xəbərlər