Dünən Mingəçevirdə iki şagird arasında baş verən və ölümlə nəticələnən hadisə ilə bağlı yeni təfərrüat məlum olub.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, bıçaqlanaraq qətlə yetirilən 2008-ci il təvəllüdlü Elman Etibar oğlu Sarıyev əvvəllər şəhərin 1 saylı orta məktəbində təhsil alıb.
O, yalnız 10-cu sinifdən etibarən 17 saylı orta məktəbə köçürülərək təhsilini həmin məktəbdə davam etdirib. Elman ailədə iki qardaşdan biri olub.
Hadisəni törətməkdə şübhəli bilinən Cavidan Əliyev isə 6 saylı orta məktəbin 9-cu sinif şagirdidir. Onun anasının müəllimə olduğu bildirilir.
Hadisənin başvermə səbəbi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İlkin məlumatlara görə, hadisədən bir qədər əvvəl tərəflərin çayxanada bir yerdə olduqları deyilir.