Mehdiabadda çoxmərtəbəli yaşayış binasındakı yanğında 3 nəfər tüstüdən zəhərləndi
Hadisə
101
22:12, Bu gün

Mehdiabadda çoxmərtəbəli yaşayış binasındakı yanğında 3 nəfər tüstüdən zəhərləndi

Bu gün saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.
 
Bu barədə Moderator.az-a TƏBİB-dən məlumat verilib.
 
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
 
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə tüstüdən zəhərlənmə diaqnozu ilə yerində tibbi xidmət göstərilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər