Samuxda heyvana işgəncə verən şəxs tutuldu
Hadisə
37
15:20, Bu gün

Samuxda heyvana işgəncə verən şəxs tutuldu

Samuxda heyvana qarşı qəddarlıq edən şəxs məsuliyyətə cəlb olunub.
 
Moderator.az xəbər verir ki, rayon sakini olan V. Bayramquliyevin saxladığı qoyunlardan birini vəhşicəsinə dayanmadan vurduğu anların görüntüləri sosial şəbəkədə yayılıb.
 
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində o, saxlanılaraq şöbəyə gətirilib və barəsində qanunamüvafiq tədbir görülüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, görüntülər həssas olduğu üçün xəbərə əlavə edilməyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər