13:19
17°C
Bakı
Ucarda yol qəzası olub.
Hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai Elantra" markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır.
(APA)