Mingəçevirdə yol qəzası oldu
Hadisə
44
11:35, Bu gün

Mingəçevirdə yol qəzası oldu

Mingəçevirdə yol qəzası olub, avtomobillərdən biri yaşıllıq zolağına girib.

Hadisə şəhərin Gəncə şossesinin giriş hissəsində baş verib.

"Mersedes" markalı iki avtomobilin toqquşması zamanı idarəetmədən çıxan maşınlardan biri işıq dirəyinə çırpılıb, daha sonra dəmir məhəccəri aşaraq yaşılllq zolağına düşüb.

Qəza zamanı xəsərət alan olmasa da avtomobilə və şəhər təsərrüfatına ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər