Yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızının VƏZİYYƏTİ AÇIQLANDI
Hadisə
46
10:12, Bu gün

Yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızının VƏZİYYƏTİ AÇIQLANDI

Kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızı 2000-ci il təvəllüdlü Ləman Hümbətovanın vəziyyəti ağırdır.

Moderator.az-ın əldə etdiyi məlumata görə, onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

"Ləmanın vəziyyəti ağır olduğu üçün yaxınları yanına buraxılmırlar", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Hümbətova ADA Universitetinin məzunudur.

01:28

Könül Hümbətovanın qızı Ləman kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu barədə APA-ya onların yaxınları məlumat veriblər.

Onun vəziyyətinin ağır olduğu bildirilir

00:19

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir (rəsmi soyadı Hümbətovadır - red).

Moderator.az "Report"a istinadən xəbər verir ki, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.

Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov ölüblər.

Təcili tibbi yardım briqadası tərəfindən ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər