Dünənki dəhşətli yanğında komendant da ölüb
Hadisə
158
09:37, Bu gün

Dünənki dəhşətli yanğında komendant da ölüb

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yağında üç nəfər həlak olan olub.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, yanğında həlak olan 1983-cü il təvəllü Samir Kamal oğlu Məmmədov sözügedən binanın komendatıdır. Samir Məmmədov komendant olmaqla yanaşı, yanğın baş verən binada yaşayıb.

Bundan başqa, yanğında 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, və Bakı Milli Geyim Evinin 48 yaşlı rəhbəri Hümbətova Könül Vəlibəy (Vəlibəyli) qızı da həlak olub. Könül Vəlibəylinin qızı Ləmanın da vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə nəticəsində əmələ gələn tüstüdən azı 20 nəfər zəhərlənib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər