Bizi sosial şəbəkələrdən izləyin:
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, qəza Bakı–Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. /apa/