Babək prospektində avtomobil təmiri sexində yanğın olub - VİDEO
Hadisə
124
18:10, Bu gün

Babək prospektində avtomobil təmiri sexində yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Moderator.az nazirliyin Mətbuat xidmətində istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450kv.m. olan avtomobil təmiri sexində təmirə dayanmış "PORSCHE" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər yanğından mühafizə olunub.

 

Link kopyalandı!
Son xəbərlər