Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda restoran yaxınlığında elektrik cərəyanı vurması nəticəsində vəfat edən 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Moderator.az xəbər verir ki, bunlar Cəmil Quliyev (2005), Əkbər Zeynalov (2007), Cavidan Muradov (1998) və Eltac Əliyevdir (2006).
Qeyd edək ki, hadisə bu gün paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. “Lake Hotel” restoranının yaxınlığında oranın 4 əməkdaşı cərəyan vurması nəticəsində vəfat edib. /Qafqazinfo/