Bizi sosial şəbəkələrdən izləyin:
Samuxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə, hadisə rayonun Sərkar-Qarayeri yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 1988-ci il təvəllüdlü Z.Məhərrəmov və 1986-cı il təvəllüdlü R.Cəbiyevdir. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.