20:06
15°C
Bakı
Gəncə şəhərində 40 yaşlı qadın itkin düşüb.
Bu barədə Moderator.az-a qadının yaxınları məlumat verib.
Bildirilib ki, 1985-ci il təvəllüdlü Rzayeva Şəbnəm Məzahir qızı dünən günorta saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
İlkin məlumata görə, qadın əsəb xəstəliyindən əziyyət çəkir. Qadının evdən çıxarkən üzərində qara gödəkçə, göy rəngdə cins şalvar və ayaqlarında ağ idman ayaqqabısı olub.
Faktla bağlı polisə də məlumat verilib.