Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi
Hadisə
185
15:30, Bu gün

Avtoyuma məntəqəsindən BYD qaçırıb qəza törətdi

Bakının Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən BYD markalı avtomobil qaçırılıb.
 
Moderator.az xəbər verir ki, həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.
 
Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər