Bakıdakı sığınacaqda pəncərədən yıxılan 16 yaşlı qız öldü
Hadisə
204
13:45, Bu gün

Bakıdakı sığınacaqda pəncərədən yıxılan 16 yaşlı qız öldü

Binəqədi rayonunda yerləşən sığınacaqda ölüm hadisəsi baş verib.
 
Hadisə noyabrın 19-u saat 12 radələrində Motodrom qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin sığınacağında qeydə alınıb.
 
Belə ki, orada yaşayan 2009-cu il təvəllüdlü Şəmkir rayon sakini Nurcan Elşad qızı Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.
 
Xəstəxanaya yerləşdirilmiş N.Cəfərova bir neçə saat sonra vəfat edib.
 
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinfo.az/
 
Link kopyalandı!
Son xəbərlər