Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi
Hadisə
142
11:27, Bu gün

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün VAZ-21154 markalı nəqliyyat vasitəsinin sürücüsü Vurğun Əlizadə saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a verilən məlumata görə, sənədləri yoxlanılan zaman sürücülük hüququ olmadığı müəyyən edilən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı V.Əlizadənin psixotrop maddə qəbul etməsi müəyyən edilib.
 
Sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Əlizadə 30 gün müddətinə inzibati qaydada həbs edilib.
Link kopyalandı!
Son xəbərlər