Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldı - YENİLƏNİB
Hadisə
240
19:05, Bu gün

Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldı - YENİLƏNİB

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Moderator.az xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Rəqsanə İsmayılovanın müdafiəçisi Hikmət Əliyevin vəsatəti təmin edilib.

Zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən R.İsmayılova arasında olan razılığa əsasən, barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub. Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Rəqsanə İsmayılova iki zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur.

R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

18:10

Bir milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

Moderator.az "Manşet"ə istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə müğənninin vəkili Hikmət Əliyevin vəsatətini təmin edib. Rəqsanə barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Belə ki, müğənni ilə zərərçəkənlər məhkəmədə razılığa gəliblər.

Əldə olunan məlumata görə, R.İsmayılova dəymiş ziyandan 100 min manatı ödəyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər