Bir toyuğa görə 1100 manat cərimə ödədi
Hadisə
164
13:06, Bu gün

Bir toyuğa görə 1100 manat cərimə ödədi

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda toyuğun öldürülməsi səbəbindən qonşular arasında mübahisə yaranıb.

Hadisə rayonun Kolanı kəndi ərazisində baş verib.

Belə ki, Sədat (adlar şərtidir) izahatında bildirib ki, evdə olan zaman toyuğunun səsini eşidərək həyətə düşüb. Bu zaman qonşuluqda yaşayan Səroş toyuğu ağacla vurub onun həyətinə atıb. Sədat bundan sonra qonşu həyətə keçərək Səroşa irad bildirib. Bu zaman aralarında mübahisə yaşanıb. Mübahisə zamanı Səroş yerdəki yaba ilə, qızı Aytən isə ağacla Sədatın başına zərbə endiriblər. Bu zaman Sədat Aytəni qolundan tutaraq itələyib, sonra isə başı ilə zərbə vurub.

Sədat izahatında bildirib ki, zərərçəkmişin ailəsi ilə barışmağa cəhd göstərib, lakin onlar barışmağa razı olmayıblar.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 100 manat məbləğində cərimə edilib.

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər