Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.
Moderator.az Globalinfo.az-a istinadla xəbər verir ki, mübahisəyə səbəb qız üstündə yaranan anlaşılmazlıq səbəb olub.
Mübahisə qısa zamanda nəzarətdən çıxıb və nəticədə 2010-cu il təvəllüdlü H.Mirzəyev qətlə yetirilib.
Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, hadisə noyabrın 17-də gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə.Novruzlu saxlanılıb.