Bakıda 15 yaşlı yeniyətmə öldürülüb, 14 yaşlı şübhəli saxlanılıb
Hadisə
208
17 Nov 2025 | 22:40

Bakıda 15 yaşlı yeniyətmə öldürülüb, 14 yaşlı şübhəli saxlanılıb

Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Moderator.az xəbər verir ki, ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər