Müəmmalı hadisə: iki nəfər vaqonda necə yanıb? - VİDEO
Hadisə
220
17 Nov 2025 | 22:10

Müəmmalı hadisə: iki nəfər vaqonda necə yanıb? - VİDEO

Məişət tullantıları poliqonunda meyiti tapılan iki nəfərin şəxsiyyəti müəyyən edilib. Həmin şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri - 55 yaşlı Sərraf Mustafayev və 59 yaşlı Əmrah Bədirov olduğu bildirilib.

Moderator.az xəbər verir ki, mərhum Əmrah Bədirovun qardaşı hər iki şəxsin vaqonda yandığını bildirib:

"İkisi də burada həm işləyirdi, həm də yaşayırdı. Çox ağır hadisədir. Qardaşımın heç kimlə düşmənçiliyi olmayıb. Sakit adam idi".

Qeyd olunur ki, ölən şəxslər məişət tullantıları poliqonunun yaxınlığında yerləşən fermada gözətçi işləyirmiş. Fermanın sahibi Namik Əhmədov isə bildirib ki, hadisənin fermaya heç bir aidiyyəti yoxdur.

Belə ki, həmin şəxslər uzun müddətdir fermanın yaxınlığındakı zibil poliqonunda səfil həyat tərzi keçirib və hər iki şəxs içki aludəçisi olub. Hadisə baş verən gecə saatlarında onlar icazəsiz fermanın gözətçi otağına daxil olub, orada isinmək üçün od qalayıblar. Yəqin ki, faciə bundan sonra baş verib.

Namik Əhmədov əlavə edib ki, hər iki şəxs zibil tullantıları poliqonunda metal qırıntıları, dəmir parçaları və digər əşyalar toplayaraq satıb, gündəlik qazanc əldə ediblər.

Ətraflı Baku TV-nin süjetində:

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər