Məşhur iş adamının karxanasında faciə: Ölən var
Hadisə
205
14:45, Bu gün

Məşhur iş adamının karxanasında faciə: Ölən var

İmişlidə yerləşən daş karxanasında bədbəxt hadisə baş verib.
 
Moderator.az oxu24.com-a istinadən xəbər verir ki,hadisə zamanı 1966-cı il təvəllüdlü Sabirabad rayon sakini Mənsur Hüseynağa oğlu Həsənov həyatını itirib.
 
O, karxanadan qum-çınqıl toplayaraq Bakıya gətirirmiş.Bu zaman ekskvatorun hissəsi ona dəyib. Nəticədə sürücü ağır xəsarətlərdən ölüb.
 
Hadisə ilə bağlı İmişli Rayon Prokurorluğunda araşdırma başlanılıb.
 
Əldə etdiyimiz məlumata görə,sözügedən karxana iş adamı Əziz Quliyevə məxsusdur.O,Bakıda və İmişlidə bir çox tikinti şirkətlərinə sahibdir.
 
Məlumata görə,sözügedən hadisə də Bakıda tikilən hündürmərtəbəli binanın tikintisi üçün material apararkən baş verib.
 
Onu da qeyd edək ki,iş adamı Əziz Quliyevin adı son günlər Ramiz Mehdiyevlə əlaqəli olan şəxslər sırasında hallanıb.
Link kopyalandı!
Son xəbərlər