Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi
Hadisə
287
14:40, Bu gün

Qaxda ata mülkünə görə dava: 65 yaşlı kişi bacısına xəsarət yetirdi

Qax rayonunda qardaş atasının mülkünə görə bacısını döyüb.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Qaxbaş qəsəbəsində qeydə alınıb. 1960-cı il təvəllüdlü Qüdrət Xudeynatovun evi atasının mülki ilə həmsərhəd olub. Atası rəhmətə gedəndən sonra mülk onun qardaşına qalıb.
 
Bir neçə gün öncə o həyətində işləyərkən atasının evinin darvazasının traktorla çıxarıldığının şahidi olub. Hadisə yerinə gələn Qüdrət orada bacısı ilə rastlaşıb. Məlum olub ki, darvazanı bacısı çıxarıb dəyişmək istəyir. O, prosesə etiraz etsə də, bacısı darvazanı çıxaracağını bildirib. Nəticədə Qüdrət əlindəki dəmir parçası ilə bacısını döyərək, ona baş və bədən nahiyələrindən xəsarətlər yetirib.
 
Hadisə yerinə polis əməkdaşları gəliblər və hadisə ilə bağlı protokol tərtib edilərək, sənədlər məhkəməyə göndərilib.
 
Məhkəmənin qərarı ilə Qüdrət 300 manat cərimələnib.
Link kopyalandı!
Son xəbərlər