Şəkidə DƏHŞƏT: 85 yaşlı kişi evdə yanaraq öldü
Hadisə
288
09:04, Bu gün

Şəkidə DƏHŞƏT: 85 yaşlı kişi evdə yanaraq öldü

Şəkidə 85 yaşlı kişi evdə yanaraq ölüb.
 
Moderator.az xəbər verir ki, gecə saat 02 radələrində rayonun Bideyiz kəndində, kənd sakini 85 yaşlı Əli Saat oğlu Xasiyevə məxsus, ümumi sahəsi 100 m² olan kürsülü birmərtəbəli iki otaq və eyvandan ibarət olan fərdi yaşayış evində yanğın  baş verib.
 
Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğından sonra keçirilən baxış zamanı ev sahibi Ə. Xasiyevin yanmış meyiti aşkar olunub.
 
Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
 
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. /apa/
Link kopyalandı!
Son xəbərlər