Bakıda ikimərtəbəli ev yandı
Hadisə
431
16 Nov 2025 | 21:26

Bakıda ikimərtəbəli ev yandı

Bakı şəhərinin Nərimanov rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli 6 otaqlı evin zirzəmisində yerləşən saunanın taxta üzlüyü 15 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Link kopyalandı!
Son xəbərlər