Lənkəranda ağır qəza - Yaralılar var
Hadisə
497
15:51, Bu gün

Lənkəranda ağır qəza - Yaralılar var

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının 164-cü kilometrliyində, Girdəni kəndi ərazisində baş verib.

Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobili Astara rayonunun Siyəkü kənd sakini, 1976-cı il təvəllüdlü Habil Gülağa oğlu Zəhidovun idarə etdiyi DAF markalı ağır tonajlı yük maşını ilə toqquşub.

Qəza nəticəsində VAZ-2107-də olan sürücü və sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılıblar.

İlkin ehtimallara görə, qəza minik avtomobilinin əks hərəkət zolağına çıxması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər