Bizi sosial şəbəkələrdən izləyin:
Sevgilisinin bank kartından yemək sifariş verən kişi məhkəməlik olub.
Moderator.az "Teleqraf"a istinadən xəbər bildirir ki, hadisə Bakının Əhməd Rəcəbli küçəsində yerləşən hotellərin birində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü X.Məmmədov sevgilisi N.Quliyeva ilə birgə istirahət zamanı onun bank kartından istifadə etməklə mobil tətbiqdən 210 manatlıq yemək sifariş edib.
Qadın gizli olaraq pul vəsaitinin oğurlanmasına görə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.
Sonda işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarına əsasən, 33 yaşlı X.Məmmədovun azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.