Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanılıb
Hadisə
844
14 Nov 2025 | 19:57

Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanılıb

Qubada toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozan 8 nəfər Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Moderator.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə P.Babayevin barəsində 8 sutka, Ş.Vəliyevin barəsində 15 sutka həbs tədbiri seçilib.

Saxlanılan digər şəxslərin barələrində də digər inzibati tənbeh tədbirləri görülüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər