Naxçıvanda fərdi yaşayış evində yanğın olub
Hadisə
190
18:27, Bu gün

Naxçıvanda fərdi yaşayış evində yanğın olub

Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın olub.

Moderator.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan şəhərində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində fərdi yaşayış evində baş verən yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 126 kvadratmetr olan birmərtəbəli evin mətbəx hissəsinin tavanı, salon otağında olan 1 ədəd divan və yaşayış evinin açıq eyvanının 3 kvadratmetr tavan hisəssi yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər