2125
14 Nov 2025 | 15:58

"Azərsilah"ın zavodunda qəza - Bir nəfər öldü

Bu gün günorta saatlarında "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
 
Qəza nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
 
Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
Link kopyalandı!
Son xəbərlər