Bizi sosial şəbəkələrdən izləyin:
Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Moderator.az xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazidə baş verib.
Məlumata görə, İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə 1995-ci il təvəllüdlü Rəhimli Rahil Adil oğlunun idarə etdiyi moped toqquşub.
Qəza nəticəsində mopedin sürücüsü və onun sərnişini – həmyaşıdı Abdallı Fərid Fizuli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar dərhal rayon xəstəxanasına çatdırılıb, müayinə ediliblər və onlara zəruri tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.