Sənan Əsədzadə barəsində AXTARIŞ ELAN OLUNDU - 412 min dollarlıq CİNAYƏT
Hadisə
340
10:26, Bu gün

Sənan Əsədzadə barəsində AXTARIŞ ELAN OLUNDU - 412 min dollarlıq CİNAYƏT

Xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 27 yaşlı Sənan Yavər oğlu Əsədzadə barəsində axtarış elan olunub.
 
Bu barədə Moderator.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. 
 
Məlumata görə, onun barəsində dələduzluq əməlləri ilə bağlı 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb. Həmin faktlar üzrə vətəndaşlara dəyən zərər 412 min dollar təşkil edir.
 
Müəyyən edilib ki, o, vətəndaşlara müxtəlif yalan vədlər verməklə ölkəni tərk edib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.
 
Link kopyalandı!
Son xəbərlər