Gədəbəydə 7 otaqlı ev YANDI
Hadisə
223
09:36, Bu gün

Gədəbəydə 7 otaqlı ev YANDI

Gədəbəy rayonunun Novosaratovka kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 7 otaqlı evin, sahəsi 300 m² olan tövlənin yanar konstruksiyaları, tövlənin damına yığılan 6 ton ot bağlaması və bitişik sahəsi 400 m² olan ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində 2 otağın tavanı 25 m², dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
 
Moderator.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Link kopyalandı!
Son xəbərlər